`Manatla bağlı ən pis ssenari geridə qalıb` - Bank rəhbəri


17:11     31 May 2016 Bank%20birlesme.jpg

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsir etməyəcək".


Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "TuranBank"ın Müşahidə Şurasının sədri Fuad Musayev deyib.

F, Musayevin sözlərinə görə, manatın məzənnəsinə daha çox təsir edən amil tədiyyə balansıdır. "Azərbaycanın idxalı artıq mövcud manat durumuna adaptasiya olub. Azərbaycanın bundan sonrakı durumu ixracın artımı istiqamətindədir. Real sektor da artıq buna adaptasiya olub. Fikrimcə, ən böyük volatillik geridədir. Manatın məzənnəsini müəyyən dəhlizdə görürəm. Biz artıq dolların 1,60 manata çatmasını görmüşük və ən pis ssenari artıq geridə qalıb. Zamanla bazar manatın məzənnəsini tələb-təklif əsasında tənzimləyəcək. Banklar və əhali isə buna uyğunlaşmalıdır", - deyə F. Musayev qeyd edib.

Açar sözlər:

Oxunub: 1153


Oxşar xəbərlər